Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünənki- futbol üzrə 21-ci dünya çempionatında üçüncü yer uğrunda Belçika – İngiltərə oyunu çox möhtəşəm idi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

“Mən komandaya deyil, gözəl oyuna pərəstişkarlıq edirdim.
Oyun göstərdi ki, artıq dünyada ənənəvi güclü və zəif komandalar yoxdur.
Futbola, idmana ciddi diqqət edən istənilən ölkə uğur qazana bilir”-deyə, o, sonra qeyd edib.


Bugünkü final oyununa, Fransa-Belçika qarşılaşmasına və dünya çempionunun hansı milli olacağına gəlincə, millət vəkili yenə konkret ad çəkməyib, sadəcə, “ən gözəl oyun nümayiş etdirən”-deyib.
A. Mirzəzadədən fəqli olaraq, keçmiş və indiki deputat həmkarları daha çox Xorvatiyaya azarkeşlik etdiklərini, onu qələbəsini arzuladıqlarını deyib.
Millət vəkili Eldəniz Səlimov “Mən finalda Braziliya ilə İngilətərəni görmək istəyirdim, amma heyf ki, istəklə hər şey həll olunmur. Ona görə bu gün Xorvatiya yığmasına azarkeşlik edəcəm”-deyə, bildirib.
Digər millət vəkilləri Fazil Mustafa, Qənirə Paşayeva, Kamilə Əliyeva, Tahir Rzayev, Azər Badamov, Tahir Mirkişili, Gövhər Baxşəliyeva, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, sabiq deputatlardan Əlövsət Ağalarov da 21-ci dünya çempionu kimi Xorvatiya millisini görmək istədiklərini bildiriblər.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





