Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 27-də faşist və terrorist Ermənistanın növbəti qanlı təxribatından sonra Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-həmlə, əks-hücum əməliyyatları, İkinci Qarabağ Savaşı, İkinci Vətən Müharibəsi tarixi Zəfərimizlə, möhtəşəm Qalibiyyətimizlə, şanlı Qələbəmizlə başa çatdırıldı.
44 günlük İkinci Vətən müharibəsi 32 illik Ermənistan-Azərbaycan münaqişəsinə son və qəti nöqtəsini qoydu.
Müzəffər Ali Baş komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış, tarazlaşdırılmış siyasət öz məntiqi yekununa çatdı, işğal faktına son qoyuldu, işğalçı və təcavüzkar Ermənistan rəzil edildi, təslim olundu.
Noyabrın 10-da Rusiya, Azərbaycan prezidentilərinin və Ermənistan baş nazirinin birgə bəyanatı ilə döyüş əməliyyatları dayandırıldı, işğalçı və təcavüzkar ölkə təslim olduğunu rəsmən etiraf etdi.
Azərbaycan tarixi Zəfərinə, Qələbəsinə imza atdı.
Dünya bir daha Azərbaycanı yenidən tanıdı, yenidən kəşf etdi.
Çünki dünya hərb tarixində rast gəlinməyən, analoqu olmayan bir hərb səlnaməsi yazıldı, ortaya qoyuldu.
Dünya Azərbaycanın, Azərbaycan Ordusunun, Azərbaycan Əsgərinin, ən əsası Azərbaycan Liderinin, Azərbaycan Ali Baş Komandanın şücaətini, rəşadətini, qətiyyətini, cəsarətini, iradəsini gördü.
Gördü ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan Lideri ilə bacarmaq, zarafat etmək, onu mövqeyindən çəkindərmək, geri döndərmək olmaz, mümkün deyil və mümkün olmadı.
Ona görə ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu öz Lideri ilə vahiddir, monolitdir,həmrəydir, sarsılmazdır.
Dövlət, Ordu, Lider öz Xalqından, Xalq da öz Liderindən, öz Ordusundan, öz Dövlətindən güc alır.
Bəli, 44 günlük Zəfər Dastanının, tarixi, möhtəşəm Qələbənin kökündə, mahiyyətində, təməlində məhz bu birlik, bu monolitlik, bu həmrəylik, bu sarsılmazlıq dayanır.
Bütün bunların da memarı, yaradanı məhz Ulu Öndər siyasətinin layiqli davamçısı-Müzəffər Ali Baş Komandan, adını Azərbaycan tarixinə əbədiyyən Qızıl hərflərlə həkk etdirən Qalib Sərkərdə İlham Əliyevdir.
Onun dəmir iradəsi, onun yaratdığı, ərsəyə gətirdiyi DƏMİR YUMRUQ nəticəsində bu Qələbəni, bu Zəfəri daddıq, yaşadıq, əldə etdik, qazandıq.
Bütün bunlara, tarixi Zəfərə, möhtəşəm Qələbəyə görə, Ona-Xalqımızın İgid Oğluna-İlham Heydər oğluna həm borcluyuq, həm də minnətdarıq.
Bu Qələbə, bu Zəfər, bu Dastan Sizindir, Sizin Əsərinizdir.
Var olun, var olun, var olun!
Bu möhtəşəm Qələbəyə görə, Ali Baş Komandanın Sərkərdəlik etdiyi rəşadətli Azərbaycan Ordusuna, İgid, Qəhrəman, Dastan yazan Azərbaycan Əsgərinə minnətdar və borcluyuq.
Var olsun, milyon yaşasın!
Bu tarixi Zəfərə, möhtəşəm Qələbəyə görə, Şəhidlərimizə minnətdar və bir ömür boyu borcluyuq.
Onları öz qanları, canları ilə dastan yazdılar, Şəhidliyə, Ölümsüzlüyə qovuşdular.
Hər zaman başımızın tacı, and yerimizdirlər.
Ruhları qarşısında baş əyirik.
Azərbaycan var olduqca, onlar da vardırlar, var olacaqlar, bizlərlə birgə-ruhən, mənən yaşayacaqlar.
Məkanları cənnətilik olsun, nur içində yatsınlar!
Bəli, artıq 3-cü gündür müharibə başa çatıb və məsələnin növbəti – siyasi-diplomatik mərhələsinə qədəm qoyulub.
Azərbaycan hərb meydanında olduğu kimi, bu meydanda, siyasət və diplomatiya cəbhəsində də uğur qazanıb, uğur qazanır və uğur qazanacaq.
Noyabrın 10-da Ermənistanın təslimçiliyini və Azərbaycanın möhtəşəm Qələbəsini tanıyan, etiraf edən 9 bəndlik bəyanata əsasən, cəmi 3 gün sonra, noyabrın 15-də Kəlbəcər rayonu və Qazax rayonunun 7 kəndi, noyabrın 20-də Ağdam rayonu və nəhayət, dekabrın 1-də Laçın rayonu qansız-qadasız Azərbaycana təhvil veriləcək, işğaldan azad olunacaq.
Eyni zamanda, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq.
Bununla yanaşı, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Bəli, bunlar və bəyanatın digər bəndlərində əksini tapan digər məsələlər hər biri Azərbaycanın tarixi Qələbəsinin ifadəsi, konkret nəticələri, töhfələridir.
Bəli, bu bəyanatla Azərbaycan öz ərazisinin bütün guşələrində, Qarabağımzda, ona bitişik ərazilərimizdə suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş olacaq.



Bəli, bu bəyanatla, xüsusilə, də Rusiya sülhməramlıları ilə bağlı bəziləri tərəfindən əsası olmayan diltetant və həqiqətdən uzaq fikirlərə, iddialara da rast gəlirik.
Görünür həmin iddianı səsləndirənlərin Azərbaycanın gücündən, qüdrətindən, namumkünləri mümkünə çevirə bilməsindən xəbərləri yoxdur, varsa da, özlərinin dar maraqlarından çıxış edirlər.
Ötən əsrin 90-cı illərinin reallıqları başqa, indiki reallıqlar başqa.
Ötən əsrin 80-90-ci illərinin Azərbaycanı başqa, indiki Azərbaycan tam başqa.
Ona görə əsasız iddiaları ortaya atanalara bir daha həmin bəyanatın müddəlarını, xüsusilə, təhlükəsizliyimizin hər mənada QARANTI olan ölkə Prezidenti cənab İlham Əliyevin 10 noyabr tarixli xalqa müraciətini bir daha nəzərdən keçirməyi tövsiyə edirəm.
Narahatçılıq keçirməyə və müstəqiliyimizlə, Qarabağımızla bağlı hansısa əndişəyə heç bir səbəb və əsas yoxdur.
Çünki Ali Baş Komandanın qeyd etdiyi kimi, nəyi necə etməyi o özü bilir!
Həm də bu prosesdə Qarabağ münaqişəsi, xüsusilə, İkinci Vətən Müharibəsi başlayan gündən birmənalı şəkildə yanımızda olan, bizə dost, qardaş dəstəyi göstərən Türkiyə var və iştirak edir.
Uzun illər Türkiyə Qarabağ prosesinin tənzimlənməsi prosesindən uzaq saxlanılsa da, artıq qardaş ölkə bu prosesin əsas iştirakçılarından biridir.
Türkiyənin bu prosesdə iştirakı bizim böyük uğurumuz və üstünlüyümüzdür.
Bu baxımdan, noyabrın 11-də Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı Memorandumun imzalanması tam mənada bizim maraqlarımıza cavab verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında da qeyd olunduğu kimi, Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək.
Bir daha Ali Baş Komandanın 10 noyabr tarixli xalqa müraciətinə qayıdaraq, qeyd etmək istəyiriəm ki, artıq hərbi mərhələ başa çatıb, keçmişik siyasi məsələyə.
Bizə maksimum sərf edən sənəd imzalanıb və ortadadır.
“Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik”-deyə, qeyd edən Ali Baş Komandanın bir daha bəyan etdiyi kimi, xoşbəxtik ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
17:50
Eldəniz SƏLİMOV,
Millət vəkili
Etikxeber.az





