“Dünya sularında “Vəzir Orucov” gəmisi üzsə…” – TƏKLİF

Dünya sularında Azərbaycan gəncləri üçün vətənpərvərlik simvolu olan Mübariz İbrahimovun adını daşıyan gəmi üzür.Belə simvollardan biri də Tərtər, Ağdərə uğrunda döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş, dəfələrlə yaralanmasına baxmayaraq ön cəbhədə döyüşlərdə iştirak edən batalyon komandiri, Milli Qəhrəman Vəzir Orucovdur.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, qeyd edib ki,  V. Orucov 1993-cü ilin fevralında Ağdərə şəhəri ətrafında olan hakim yüksəklik, “Qlobus” uğrunda gedən döyüşlərdən birində həlak oldu.

“Vəziri şəxsən tanıyırdım, dostum idi.

Dəfələrlə onun böyük şücaətinin şahidi olmuşam. Həlak olmasından bir neçə gün əvvəl yanımızda qısa addımlarla gəzirdi ki, yaralı ayağını çəkdiyini görüb onu döyüş əməliyyatından kənarlaşdırmayaq. 

Kənarlaşdırmaq da mümkün deyildi. 

vezir

“Mənsiz olmaz”-deyirdi. Doğrudan da bütün cəbhə boyu əsgərlər onun davranışlarından ruhlanır, zabitlər onunla məsləhətləşirdi…

Qarabağ uğrunda döyüşən qəhrəmanlarımız lap çox olub. 

Vəzir qəhrəmanlar qəhrəmanı idi.

Dünya sularında “Vəzir Orucov” gəmisi üzsə, bu Mübariz Mənsimovun xalqımız qarşısında son zamanlardakı misilsiz xidmətlərinin davamı olar…”-deyə, A. Hacılı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İdlibə görə görüşürlər, ancaq Qarabağ görə…” – POLİTOLOQDAN ETİRAZ

Read Next

“Ermənilərin həddini bildirən yeni bir Pənahəli xan yetişəcək…” – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir