“Dünya Ukrayna məsələsində çox gec qaldı…”-DEYƏN ZELENSKİ HƏM DƏ PUTİNƏ SƏSLƏNDİ – YENİLƏNİB

Çox təəssüflər olsun ki, dünya Ukrayna məsələsində çox gec qaldı.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar Ukraynaya qarşı təcavüzdən öncə edilməliydi.

“Çox yalvardım…Sanksiyaları savaşdan xeyli öncə etməliydilər…Çox təəssüflər olsun ki, dünya Ukrayna məsələsində çox gec qaldı”-deyə, Zelenski bildirib.

Zelenski eyni zamanda “Bizi öldürməyə gəldilər, biz hər şeyə hazırıq. Vətənimizi müdafiə etmək zorundayıq. Dünya gücünü ortaya qoymalıdır”-deyə, qeyd edib.

19:32

***

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinə səslənib:

“Məni Makron kimi özündən 30 metr aralıda əyləşdirmə…Mən sənin qonşunam…Mənimlə yaxın əyləş, danışaq, müzakirə edək…Mən heç kimi yemirəm…”.

Etikxeber.az

Read Previous

5 mart iş, 7 mart istirahət günü olacaq-RƏSMİ

Read Next

Daha 5 Şəhid anası, daha 5 Şəhid ailəsi…QƏNİRƏ PAŞAYEVA NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ, ONLARI DİNLƏDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir