“Dünya ultimatum dilində danışır: silah olmaz, vuruş olmaz…” – DEPUTAT

Qarabağ məsələsi ilə  bağlı bir məqamı heç zaman unutmaq lazım deyil: bu məsələ böyük dövlətlərin Qafqaz regionu ilə bağlı maraqları çərçivəsindədir. Bu məsələ də neçə illərdir həvalə olunub ATƏT-im Minsk qrupuna, onun həmsədrlər institutuna, amma Minsk qrupu üzvlərinin, həmsədr dövlətlərin  istəyinə fikir verin. Əvvəla, ATƏT-in Minsk qrupunda, həmsədrlər formatında təmsil olunan ölkələr Rusiya və ABŞ-dır. Əgər bunlar öz münasibətlərini həll edə bilmirsə, dünyada gərginlik yaradan iki böyük dövlət necə ola bilər ki, Qafqaz regionundakı gərginliyi aradan götürmək istəyində olsun? Ataların misalı var, deyir, bağa yolu yeriyə bilmir, dayısı oğlunu da kürəyinə götürür.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Fəzail İbrahimli deyib.

Millət vəkilinin dediyinə görə, bu iki dövlətin münasibətləri istiqanlı bir münasibət olsaydı, dünya beynəlxalq gücə deyil, beynəlxalq hüquqa söykənsəydi o zaman haradasa düşünmək olardı ki, bu münasibətlər müstəvisində regionda bir əmin-amanlıq yaranar.

fazailll

“Bu, bu gün mövcud deyilsə, onda biz necə düşünə bilərik ki, ATƏT-in Minsk qrupu bunu həll edə bilər?! Özü də dünya ultimatum formasında, dilində danışır: silah olmaz, vuruş olmaz, zor gücünə həll oluna bilməz, ancaq hüquq müstəvisində həll olunmalıdır. O da yoxdur. Yox olan bir müstəvidə, bu, necə həll oluna bilər?!

İkincisi, “tərəfmüqabili” kimi, Ermənistanı ortalığa atıblar. Axı, Ermənistan öz səlahiyyətində olan  bir dövlət deyil, onun siyasi, iqtisadi, mənəvi tərəflərinin hamısı özəlləşdirilib. Özəlləşmiş bir dövlətdir, ağası var. Bu problemi törədən o deyil, o,  icraçıdır. Sadəcə, mənafelər birləşir.

Bax, bu ziddiyyətlər fonunda da münaqişənin həllində hansısa bir irəliləyiş gözləmək olmaz. Sadəcə, Azərbaycan tərəfi günün bir günündə özünün gücünü, qüdrətini ortalığa qoyub, məsələni inşallah həll edəcək. 2016-cı ilin aprel hadisələrində olduğu kimi”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az  

 

Read Previous

Ziyafət Əsgərov TBMM-in xüsusi iclasında – FOTOLAR

Read Next

12 səfir geri çağırıldı – YENİ TƏYİNATLAR GÖZLƏNİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir