“Dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın mövqeyi görünür” – MƏMMƏDOV

Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir.

Etikxeber.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov əlavə edib ki, bu səfərlər həm müxtəlif beynəlxalq tədbirlər, həm də ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanla əməkdaşlığın, Azərbaycanla əlaqələrin inkişafına böyük bir ehtiyacın olduğunu nümayiş etdirir:

“Yəni dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi görünür. Bu nöqteyi-nəzərdən Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür”.

Etikxeber.az

Read Previous

Evdə yanğın oldu, 1 nəfər öldü – BAKIDA

Read Next

“Bu şərəfsiz erməni xalqı arını yeyib, namusunu çölə atıb!” – AYBƏNİZ HAŞIMOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir