“Dünyada “Dağlıq Qarabağ Respublikası” deyilən bir yer yoxdur” – DEPUTAT

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə bu dəfə də  sərt cavab verib və erməni yalanlarını ifşa edib.

Etikxeber.az-ın məlumatına görə, Q.Paşayeva AŞPA-da “azad müzakirələr” zamanı Azərbaycan əlehinə yalanlarla dolu çıxışlar edən Ermənistan heyətinə sərt cavab verib və onların bütün yalanlarını ifşa edib: “Dəyərli həmkarlarım, mən əslində, başqa bir çıxış edəcəkdim, amma Ermənistan nümayəndə heyəti üzvlərinin bu gün və bir neçə gündür Azərbaycan əlehinə əsilsiz, tamamilə yalanlardan ibarət çıxışlarına cavab verməliyəm və dorğuların nə olduğunu sizə açıqlamalıyam. İlk öncə  qeyd edim ki, Ermənistan millət vəkilləri bir neçə dəfə burada “Dağlıq Qarabağ Respublikası” dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada “Dağlıq Qarabağ Respublikası” deyilən bir yer yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. Bu AŞPA qətnamələrində də, məhz bu cür öz əksini tapır. Ermənistan millət vəkilləri oxumağı bilirlərsə,getsinlər oxusunlar o sənədləri və burada yalan danışmasınlar. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın torpaq bütünlüyünü tanıyırlar. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA qətnamələrində də öz əksini tapır”.

Etikxeber.az

Read Previous

Ermənistan “İsgəndər” raket kompleksi məsələsində çox spekulyasiya edir” – Əsgərov

Read Next

“Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” – LAVROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir