Dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır – HƏMSƏDR

“ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır”.

Etikxeber.az-ın məlumatına görə, bunu APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin “Konstitusiya”ya dəyişikliklər etməsinə, separatçı rejimin adını “Arsax Respublikası”na dəyişmək niyyətinə münasibət bildirərkən deyib.

“Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejim “Konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib. Onlar bununla bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətindədirlər.

Daha sonra Bako Saakyan yeni “Konstitusiya layihəsini təsdiq edəcək. Yeni layihədə rejimin adının “Arsax Respublikasına” dəyişdirilməsi də nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Hərbi vəziyyət 72 saata yox, 48 saata elan ediləcək

Read Next

Erməni yazıçı Xocalı abidəsini ziyarət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir