Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) sədri Oqtay Əsədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu söyləyən O. Əsədov bildirib ki, münasibətlərimizin bu cür inkişaf etməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Spiker Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi bazasının yaradıldığını bildirərək, deyib ki, ötən dövr ərzində qardaş ölkələrimiz arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir.
İqtisadi əlaqələrdən danışan O. Əsədov diqqətə çatdırıb ki, 2017-ci ildə Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar idisə, 2018-ci ildə bu göstərici üç milyard beş yüz milyon dollar olub:
“Əsas hədəfimiz ticarət dövriyyəsinin həcmini on milyard dollara çatdırmaqdır. Digər sevindirici hal isə Azərbaycanın Türkiyədə əsas sərmayəçilərdən biri olmasıdır. Ölkələrimiz birgə regional layihələr həyata keçirirlər. Bu layihələr gələcəkdə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”.
Parlamentlər arasında əlaqələrin davamlı olaraq genişləndiyini söyləyən O. Əsədov qeyd edib ki, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyirlər.
TBMM-in sədri M. Şentop isə Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu qeyd edərək deyib ki, dünyada qardaş ölkələrimiz qədər bir-birinə yaxın olan dövlətlər yoxdur.
Şentop parlamentlərin dostluq qruplarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb:
“Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az