Dünyada və regionda baş verən proseslərlə bağlı dinləmələr keçiriləcək

Parlamentdə dünyada və regionda baş verən proseslərlə bağlı dinləmələr keçirilməsi gözlənilir.

Etikxeber.az-ın xəbərinə görə, bunu  Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də  keçirilən iclasında deyib.

meclissssss

O, qeyd edib ki, son zamanlar dünyada, o cümlədən, regionda vəziyyət yenidən gərginləşməkdədir:

“Kritik deməzdim, amma regoinda da vəziyyət gərgin xarakter almaqdadır. Ona görə beynəlxalq, xarici siyasət məsələləri, dünyada, regiondakı durumla bağlı dinləmələr keçirməyi nəzərdə tututurq. Çünki belə dinləmələrə ehtiyac var. Parlamentdə də müxtəlif məsələlərlə bağlı dinləmələrin keçirilməsi artıq ənənə halını alıb. Bu baxımdan, yaxın zamanlarda komitə olaraq dinləmələr təşkil etməyi nəzərdə tuturuq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

TBMM-in komitə sədri Azərbaycana gəlir

Read Next

Milli Məclisin xüsusi iclası ayın 21-də olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir