Dünyanın bir gün də olsa, dincliyə ehtiyacı var – İNDONEZİYALI DEPUTAT

Dünyanın bir günlük də olsa, dincliyə, sükuta ehtiyacı var.

Etikxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında indoneziyalı deputat Putu Supadma Rudana deyib.

O, qeyd edib ki, ölkəsində, konkret olaraq, dünyanın ən məşhur istirahət guşələrindən olan Bali adasında ilin bir günü “Sükut günü” kimi qeyd edilir.

putu-1

“Həmin gün hamı evdə olur, heç yerə çıxmır, iş görmür, səsk-küy salmır. Çünki bir günlük də olsa, sükuta, səssisliyə, dincliyə ehtiyac var, ehtiyac duyuruq. Hesab edirik ki, bu təcrübədən istifadə etmək olar. Çünki dünyanın bütövlükdə sükuta, dincliyə ehtiyacı var. Qoy, heç olmasa, bir gün dünyamız dinc olsun”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Təmiz Şəhər” ASC qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürüb

Read Next

“Urmiya gölünün vəziyyəti yaxşı deyil…” – HADİ BAHADURİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir