Dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişik – JALƏ ƏLİYEVA – FOTOLAR

Tiranada 10 illiyi keçiriləcək “Bakı prosesi”ndən danışlıb

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamen Assambleyasının  (QDİƏT PA) 51-ci sessiyası çərçivəsində qurumun  Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, komitənin iclasında “Üzv dövlətlərdə mədəni əməkdaşlıq və multikulturalizmin inkişafı” movzusunda müzakirələr aparılıb.

Müzakirələrdə adıçəkilən komitənin üzvü olan Azərbaycan nümayəndə heyətinin təmsilçisi Jalə Əliyeva da çıxış edib.

jala-1

jala-2

jala-3

jala-4

aydin-qdiat-1

aydin-qdiat

Millət vəkili bu haqda Etikxeber.az-a açıqlamasında bildirib ki, çıxışı zamanı ölkədə son on ildə bu sahədə həyata keçirilən dövlət siyasəti, atılan addımlar haqqında məlumat verib.

“Çıxımda həmçinin, bu yaxınlarda 10 illiyi qeyd ediləcək olan “Bakı prosesi”, ard arda keçirilən Mədəniyyətlərarası Dialoq Forumları, Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa təşəbbüsü və dəstəkləri ilə bu sahədə irəli sürülən təşəbbüslərdən danışdım. Qeyd etdim ki, bu siyasət nəticəsində Azərbaycan dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Həmçinin, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafinda nümunə kimi göstərilir. Onu da vurğuladım ki, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir…”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat lazımdır – AÇIQLAMA

Read Next

“Axı, onlara kim belə bir ixtiyar verib?” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir