“Dünyanın supergücləri, beynəlxalq təşkilatlar bu birliyin fərqindədirlər…”-SİYASİ ŞƏRHÇİNİN QƏNAƏTİ

Azərbaycan ordusunun Qarabağ cəbhəsində sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları fonunda ölkədə siyasi həmrəylik tam olaraq, təmin edilib.

Çox əlamətdar haldır ki, ölkəmizdə bu gün iqtidar-müxalifət anlayışı demək olar, aradan qalxıb.

Hər kəs bir amal ugrunda-torpaqlarımızın azadlığını təmin etmək, ordumuzun qələbəsi ücün bacardığını əsirgəməməyə çalışır.

Hətta bizə qardaş olan, hər an yanımızda olan Türkiyə dövlətinin siyasi düşərgəsi də sağçı-solçu bilmədən bütün siyasi cameəsi Azərbaycanın yanında olduğunu bəyan edib.

Dünyanın supergücləri, beynəlxalq təşkilatlar bu birliyin fərqindədirlər.

Ermənistan isə heç bir dövlətdən bu səviyyədə dəstək ala bilməyib.

Eyni zamanda, xalq tərəfindən AzərbaycanPprezidentinə, Ali Baş Komandana verilən dəstək, o cümlədən, siyasi müxalifətin hakimiyyətə dəstəyi ilə müqayisədə işğalçı Ermənistanın hakim rejimi həm xalqın, həm də müxalifətin dəstəyindən məhrumdur.

Hətta Ermənistanda artıq klanların hakimiyyət uğrunda müharibəyə başladığı görünür.

Separatçı rejimin keçmiş rəhbərlərinin – Koçaryan, Qukasyan və Saakyanın sentyabrin 30 -da kecirdikləri üçtərəfli görüş bunu deməyə əsas verir.

Paşinyanın Azərbaycan dövlət başçisi ilə son debatdakı iflası onun olmayan nüfuzunu daha da darmadagın etdi. 

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin dəqiq, hədəfə istiqamətlənmiş cıxışı isə Ordumuzda və xalqımızda qələbə əzmini daha da artırdı. 

Qarabağ bizimdir və Qarabağ bizm olacaq!

Əlabbas MƏHƏRRƏMOV,

Siyasi şərhçi

Etikxeber.az

Read Previous

“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb…Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir…”-PREZİDENTİN KÖMƏKÇİSİ ADEKVAT CAVAB TƏDBİRLƏRİNİN GÖRÜLƏCƏYİNİ BƏYAN ETDİ

Read Next

XİN həmsədr ölkələrin rəhbərlərinin bəyanatına münasibət-BİLDİRDİ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir