“Dünyaya nümunəvi inkişaf modeli təqdim etmişik və…” – JALƏ ƏLİYEVA

Başa vurduğumuz 2018-ci il ölkəmizdə yubileylər ili kimi, Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir il kimi yadda qaldı.

Ölkəmiz dünyanın dinamik inkişaf yolu keçən ölkələri sırasında öz öncül mövqeyini qoruya bildi.

Azərbaycan bir daha bütün dünyaya ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində milli maraqları qətiyyətlə qoruyan güclü bir dövlətə çevrildiyini nümayiş və isbat etdi. Azərbaycan bu gün bölgənin lider dövləti statusunu daşıyır. Biz bu gün dünyaya nümunəvi bir inkişaf modeli təqdim etmişik və bu model bütün dünyada təqdir edilir, yüksək qiymətləndirilir. Azərbaycan səmərəli strategiya həyata keçirən bir ölkə kimi tanınır. Əlbəttə, bu modeli hazırlamaq, bu hədəflərə çatmaq, bu yolda qarşıya çıxan problemləri bacarıqla dəf etmək bir o qədər də asan başa gəlməyib.

Bu üstün mövqeyin, dönməz siyasi iradənin arxasında ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və ulu öndər Heydər Əliyevin ölməz dühası dayanır.

Son illər gündəlik həyatımızda, leksikonumuzda tez-tez istifadə etdiyimiz bir söz var: Sürət və sürətli.

Və bu da əsassız deyil. Çünki Azərbaycan son illər dünyanın ən sürətli inkişaf mərhələsini yaşayan dövlətlərindən birinə çevrilib. Bəli, Azərbaycan sürətlə inkişaf edir. Elə bir sürətlə ki, dostları həm sevinirdirir, həm də yaxşı mənada təəccübləndirir. Düşmənlərini isə qıcıqlandırır, məhvərindən çıxarır. Mən ad çəkmirəm, ancaq davamlı olaraq sosial şəbəkələrdə, sərhəddən o tayda ölkəmizə hədyanlar yağdıranlar öz paylarını götürəcəklər zatən. Qoy onlar qıcıqlanıb məhvərindən çıxıb yenidən uğursuzluq zolağına düşməklərində olsunlar. Azərbaycan isə hər şeyə rəğmən hər keçən gün daha da müasirləşməkdə, modernləşməkdə, güclənməkdə  etimad və etibar məkanına çevrilməkdə olsun. Əminik ki, bu inkişaf, bu sürət bizi gec-tez qovuşacağımız günü gözlədiyimiz, həsrətində olduğumuz Qarabağa aparacaq və bu sürətin, bu inkişafın qarşısında heç nə və heç kəs bizə əngəl ola bilməyəcək.

jala

Yeri gəlmişkən, artıq parlamentin, ölkəmizin siyasi, iqtisadi, ictimai, mədəni həyatında böyük yeri və önəmi olan Milli Məclisin növbəti-2019-cu il yaz sessiyası öz işinə start verib. Yaz sessiyası ərzində müzakirəmizə çıxarılacaq qanunvericilik işləri planı isə komitələrdə artıq müzakirə olunub və düşünürük ki, bu qanun layihələrinin cəmiyyət həyatının ayrı-ayrı sahələrinin tənzimlənməsi baxımından vacibdir, lazımlıdır.

meclis-5

Xüsusilə də “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi, “Turizm haqqında” qanun layihəsi, “Ümumi təhsil haqqında” qanun layihəsi, “Kinomatoqrafiya haqqında” qanun layihəsi, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi, “Yazılı abidələr haqqında” qanunlar, bundan başqa “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələrinin tezliklə qəbuluna ehtiyac var.

Yeri gəlmişkən, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin yolunu biz uzun illərdən bəridir ki, gözləyirdik.

Bu baxımdan inanırıq ki, bu qanun layihəsinin  və digər layihələrinin qəbul edilməsi həmin sahələrdə mövcud olan boşluqların doldurulmasına imkan yaradacaq.

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor

Etikxeber.az

 

 

Read Previous

Hazard 2018-ci ilin ən yaxşı oyunçusu seçildi…

Read Next

Parisi partladan İsgəndərlinin cəsədini Sena çayına atsalar… – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir