Düşmən atəşkəs rejimini 112 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Etikxeber.az-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Berdavan, Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Fərəhli, Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Etikxeber.az

Read Previous

“Ölkə ictimaiyyəti cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü bir daha anladı” – MİLLƏT VƏKİLİ

Read Next

Prezident Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olundu- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir