Düşmən atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Etikxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Etikxeber.az

Read Previous

“Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik” – ƏRDOĞAN

Read Next

ABŞ İstanbulda terrorçuların mümkün hücumları ilə bağlı xəbərdarlıq etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir