Düşmən cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirdi- MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Etikxeber.az

Read Previous

“Əməkdaşlığımız hörmət və səmimilik əsasında möhkəmlənəcək” – POROŞENKO ƏLİYEVƏ BELƏ DEDİ

Read Next

Qara dənizdə sular hələ durulmaz! – ZAHİD ORUC BELƏ DEYİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir