“Düşmən Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var…”-MÜDAFİƏ NAZİRLİYİ – İŞĞALÇI BƏRDƏ İLƏ AĞCABƏDİNİ DƏ ATƏŞƏ TUTUR – DÜŞMƏNİN HƏRBİ KOLONU MƏHV OLUNUB – YENİLƏNİB – (2)

Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.

Ordumuz adekvat tədbirlər görür.

08:16

***

Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.

Bu haqda MN-dən bildirilib.

Azərbaycan Ordusu adekvat tədbirlər görür.

08:44

***

Bərdə ərazisi “Toçka-U” kompleksindən atəşə tutulub.

Bu barədə də MN-dən bildirilib.

13:44

***

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub.  

MN-dən verilən məlumata görə, düşmənin hərbi kolonu darmadağın edilib.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-191 – DAHA 1 ÖLÜM…

Read Next

“Dağlıq Qarabağla bağlı aparılan dialoq 29 ildə heç bir nəticə vermədi, hazırda qarşıdurma ən yüksək həddə çatıb, geriyə yol yoxdur”-ELNUR ASLANOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir