“Düşmən, işğalçı, terrorçu Ermənistan çox gücsüzdür, çox zəifdir və dünənki qanlı cinayət əməli ilə də özü öz məğlubiyyətinə imza atdı…”-MİLLƏT VƏKİLİ GƏNCƏ HADİSƏLƏRİNİ İKİNCİ XOCALI SOYQIRIMI ADLANDIRDI

Bunlara başqa ad vermək olmaz, nə ordudur, nə hərbi birlikdir, bunlar terrorçulardır…Erməni terrorçuları dünən gecə saatlarında yenə dinc, mülki insanlarımızı, Gəncəmizi raket atəşinə məruz qoydular, insanlarımızı qətl etdilər, yaraladılar, vandalizm törətdilər…Dünən səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq…Bir millət, bir dövlət, bir xalq olaraq, çox qəzəbliyik.

Etikxeber.az xəbər verir ki, bunu bir az öncə AzTV-də çıxışı zamanı millət vəkili, professor Jalə Əliyeva deyib.

“Erməni vandalizmini, erməni terrorizmini bu illər-32 il ərzində bütün dünyaya çatdırdığımız kimi, son hadisələri, Gəncədə törədilən terraktı da dünyaya çatdırmalıyıq. Ermənilər, erməni terrorçuları 28 il sonra ikinci Xocalı soyqırımını törətdilər. Bunun başqa adı yoxdur. Ancaq çox təəssüflər olsun ki, 28 il öncə olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar Gəncədə törədilən vandalizmı, soyqırımına səssiz qaldılar, özlərini karlığa, korluğa, lallığa vurdular. Bu, qəbuledilməz və yolverilməzdir. Onların cavabı verilməlidir və mütləq veriləcək. Dünya verməsə də, biz verəcəyik”-deyən millət vəkili həmçinin bildirib ki, ermənilər, Ermənistan bu gün çox gücsüzdür, çox zəifdir və dünənki qanlı cinayət əməli ilə də özü öz məğlubiyyətinə imza atdı.

Millət vəkili əlavə edib ki, artıq Azərbaycan dünənki, 25-30 il əvvəkli Azərbaycan deyil, bugünkü Azərbaycan güclü, qüdrətli Azərbaycandır və bu Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, işğala son qoyacaq.

Etikxeber.az

Read Previous

“Ağdam, Tərtər və Goranboy yenidən atəşə tutulur…Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur…”-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1)

Read Next

“Həm sahədə, həm masada hökm verən artıq Azərbaycandır”-MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir