“Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir…”-MN RƏSMİSİ

Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin zirehli texnikaları, əlavə təminat vasitələri məhv edilib.

Etikxeber.az məlumat verir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır:

“Ordumuzun qan təminatı sahəsində hər hansı problem yoxdur. Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Əhali Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.

A. Eyvazov Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza  müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb:

“Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib. Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.

Mətbuat katibi qeyd edib ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib:

“Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.

Sonra “Azərbaycan hərbi qulluqçularına döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb”-deyən A. Eyvazov bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə əməkdaşlıq şəraitində müntəzəm olaraq hərbi qulluqçularımıza mülki əhali və əsirlərlə bağlı davranış normaları ilə bağlı məlumatlar təlimlərdə müntəzəm olaraq çatdırılıb:

“Azərbaycan Ordusunun hədəfi yalnız Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir”.

Etikxeber.az

Read Previous

Düşmən Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və…”-İLHAM ƏLİYEV ONA ZƏNG EDƏN RUHANİYƏ BELƏ DEDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir