Düşmən qarşısında sınmayanlar…İNDİ MADDİYYAT QARŞISINDA SINMAMALI, SINDIRILMAMALIDIR!-KAMİL HƏMZƏOĞLU YAZDI

Son, axır bir neçə ayda, son günlərdə maddi durumlarının çətin olmaları, maddi çətinliklər içində qıvranmaları…ilə bağlı şikayət və müraciət edən Şəhid ailələrinin, Qazilərin, hələ də halal Qazilik haqqını ala bilməyənlərin, müharibə veteranlarının sayı durmadan artmaqdadır…

Əvvəllər də, öncəki illərdə, aylarda da belə hallar olurdu, amma son zamanlar kütləvi hal alıb və almaqdadır…

Şəxsən mənim özümə-hansı ki, özüm də çətinliklər içində üzürəm…-müraciət edənlərin, maddi dəstək olmağımı istəyənlərin sayı onlarladır…

Nə qədər çətin durumda olsam da, imkanım daxilində bəzilərinə əl tutmağa çalışmışam-Allahım və vicdanım Şahiddir, bəzilərinə tanıdığım azsaylı, barmaqla sayılacaq…təmənnasız, Vətən, Qazi, Şəhidsevər dost-tanışlarımın vasitəsilə dəstək olmuşam…

Amma bununla bir yerə varmaq olmaq, varıla da bilməz…

Bu, mənim, ya da kimsənin edə biləcəyi məsələ(lər deyil)…

Bunlara kompleks yanaşma olmalı, Dövlət və Hökumət, onun CAVABDEH qurumları konkret addımlar atmalıdır…

Bəli, sui-istifadə hallarına yol verənlər də var-istər Şəhid ailələri, istər Qazilər və hansısa yollarla Qazilik alanlar arasında…

Bunlar barmaqla sayılacaq qədərdir…

Hamıya, çoxuna QƏTİ və QƏTİ şəkildə aid etmək olmaz…

Amma…şəxsən mənə müraciət edənlərin-istər Şəhid ailələri, istər Qazilər, istərsə də müharibə veteranları olsun-hamısı illərlə tanıdığm abırlı-həyalı, ismətli insanlardır…

Bu insanlar abır-həyalarına sığınaraq, untanaraq…kimsəyə ağız açmayıblar, özlərinə, balalarına, daşıdıqları status(lar)a xələl gətirmək istəməyiblər və bu gün də belədirlər…

Amma…artıq maddi çətinlik, sıxıntlardan cana doyublar…

Həll, çarə yolunu tapa bilmirlər…

Tanıdığım Qazi…müalicəsi, əməliyyatı üçün ata yurdunu-yaşadığı evini SATIŞA belə çıxarıb…

Bunun nə demək olduğunu düşünmək belə istəmirsən…

İmkanlı, varlı insanlar, iş adamları da sanki qeybə çəkiliblər…

Zatən heç zaman ortada da olmayıblar, ancaq özləri “səviyyə”də olan, qınaq…hədəfinə çevrilən, efirlərdən, sosial şəbəkələrdən düşməyən…”məşhurlar”a dəstək olublar…

Bu yerdə deyiblər ki, taylı tayını tapar…

Nə isə..

Amma…yuxarıda da qeyd etdiyim kimi, bu məsələlər…bu məsələlərə cavabdehlik daşıyan qurumların, Dövlətin və Hökumətin səlahiyyətində, məsuliyyətindədir…

Dövlət, Hökumət öz Şəhidinə-Şəhidinin ailəsinə, Qazisinə, Müharibə Veteranına, Haqqını arayan və hələ də ala bilməyən Vətən sevdalılarına sahib çıxmalıdır…

Bəli, anlayırıq və qəbul edirik ki, 1988-2023-cü illərdə Dövlət, Hökumət yüzminlərlə… qaçqınını, məcburi köçkününü yaşatmağa çalışıb, indi də azad olunmuş torpaqlarda daha ağır bir missiyanı-QAYIDIŞ, DİRÇƏLİŞ, BƏRPA…missiyasını yerinə yetirməkdədir və bunun üçün milyonlar, milyardlar xərclənir, tələb olunur…

Amma…bu torpaqları qanları, canları ilə azad etmiş, səhhətini, sağlamlığını…qurban vermiş insanları-Şəhidləri, Qaziləri, Müharibə Veteranlarını, onların Ailələrini də UNUTMAQ OLMAZ!

Bu İnsanlar yağı düşmən-erməni və onların arxasında dayanan qanasusamışlar qarşısında sınmadılar, əyilmədilər…

Ancaq indi az qala maddiyyat qarşısında sınmaqda, sındırılmaqdadırlar…

Axı, 80 manatla və 600 manatla…hara getmək olar?!…

Bəzən 600 manat 5-6 nəfər-Şəhid ailəsinin üzvü arasında bölünür…İndiki reallıqda…bunun nə demək olduğunu təsəvvür edirsinizmi?

Hələ başqa məqamları demirəm…2025-ci il az qala başa çatır…

Ölkə Prezidentinin, Qalib Ali Baş Komandanının tapşırıq və göstərişlərinə, məlum FƏRMAN SƏRƏNCAMlarına rəğmən...Şəhid ailələrinin və Qazilərin hələ də çoxu evlə, mənzillə təmin edilməyiblər…

Evsiz-eşiksiz…Müharibə Veteranlarının sayı-hesabı yoxdur…

Min türlü, min cür bəhanələr...havalarda uçuşmaqdadır aiddiyatı qurumlar və məsul şəxslər tərəfindən…Vicdanları belə sızıldamır çoxunun…

Qazilik, Orden…Haqqını ala bilməyənlərin da sayı-hesabı yoxdur…İçlərində, aralarında DASTAN yazmış 10 ilin, 8 ilin, 5 ilin…ƏSANƏVİ Xüsusi Təyinatlıları var…Bu da ayrı bir dərd…

Yenə də mətləbdən, mövzudan ayrılmayaraq…qeyd etmək istərdim ki, HÖKUMƏT, DÖVLƏT səviyyəsində Şəhid ailələri, Qazilər, Müharibə Veteranlarının MADDİ DURUMlarının yaxşılaşdırılması, onların MADDİYYAT, KİMSƏ qarşısında sınmamaları…öncəlik, birincilik təşkil etməlidir!

Dövlət, Hökumət Şəhid ailəsinə, Qazisinə, Müharibə Veteranına SONUNACAN sahib çıxmalı, DƏSTƏK OLMALIDIR!

Burada özfəaliyyət, kimsələrin umuduna buraxmaq kimi hallar…OLMAMALIDIR!

Canım qədər sevdiyim…Qalib Azərbaycana, Azərbaycan Dövlətinə də YARAŞAN Budur!

Və inanırıq ki, BELƏ DƏ OLACAQ!

Ümid SONDA ÖLÜR deyirlər…

Allah ümidlərimizi ÖLDÜRMƏSİN!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır yenə-BAKIDA

Read Next

İmam məscidində təmir-bərpa işləri üçün vəsait ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir