Düşmən tərəfinin itkiləri olsa da, gizlədilir- MÜDAFİƏ NAZİRLİYİ

“Ötən gün Alxanlı kəndi istiqamətində atəşkəs rejimi pozulub. Düşmən 82 və 120 mm-lik minaatan və qumbaraatanlardan istifadə etməklə, Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb. Yaralı hospitala çatdırılıb, onu xilas etmək mümkün olub. Hazırda həyatı üçün təhlükə yoxdur. Daha sonra düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir.

“Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini  aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub.

Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi”.

V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq:

“Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq FüzuliRayon Prokurorluğunda cinayət işi başlanıb.

“İstintaq qrupu yaradılıb. Hadisə yerinə və meyitlərə baxış keçirilərkən hadisə yerində, meyitlərin bədənində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir” – deyə, o,  qeyd edib.

Etikxeber.az

Read Previous

“Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir” – TÜRKİYƏ XİN

Read Next

Deputat körpə Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsindən yazdı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir