“Düşmən Tərtər şəhərini və Goranboyu atəşə tutur…”- MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏNİN 2300-DƏK CANLI QÜVVƏSİ MƏHV EDİLİB, DÜŞMƏN QRUPLAŞMASI MÜHASİRƏYƏ ALINIB, NAZİRLİK KÖNÜLLÜLƏRƏ MÜRACİƏT EDİB, ERMƏNİLƏRİN DAHA İKİ TANKI MƏHV EDİLİB, DÜŞMƏNİN AĞDƏRƏDƏKİ QƏRARGAHINA ZƏRBƏ ENDİRİLİB, DÜŞMƏN TABORUNUN BAYRAĞI VƏ SƏNƏDLƏRİ ƏLƏ KEÇİRİLİB – YENİLƏNİB – (9)

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Etikxeber.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb,

130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

***

“Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var”.

Bu haqda da MN məlumat yayıb.

10:15

***

“Düşmən qruplaşması mühasirəyə alınıb”

“Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir”.

Bu barədə də MN-nin növbəti məlumatında deyilir.

10:25

***

MN:Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

“Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb”.

Bu haqda da MN məlumat yayıb.

Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür

***

MN döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

Müraciətdə deyilir:

“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun  düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə  könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!

11:12

***

Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır.

Bu barədə  MN-dən bildirilib.

Qeyd olunub ki, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

11:33

***

Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı məhv edilib.

MN bu barədə məlumat yayıb.

15:12

***

Müdafiə Nazirliyi: “Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb”

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

15:21

***

“Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”.

MN-nin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

15:41

***

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Sentyabrın 30-da Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

Bu barədə də MN-dən məlumat verilib.

Etikxeber.az

Read Previous

6-cı çağırış MM-in ilk payız sessiyası-SAHİBƏ QAFAROVA İKİ DEPUTATI TƏBRİK, QÜDRƏT HƏSƏNQULİYEV QAPALI İCLASIN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, DEPUTATLAR İNTERNET TARİFLƏRİNDƏN, DİSTANT TƏHSİLDƏN ŞİKAYƏTLƏNDİLƏR… -YENİLƏNİB – (11)

Read Next

Şarl Mişel İlham Əliyevə telefonla-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir