Düşmən Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutdu-MN

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN)məlumat yayıb.

Xəbərə görə, Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”– deyə, MN bildirir.

Etikxeber.az

Read Previous

47 mindən çox şagird imtahan verəcək-MARTIN 5 – 6-DA

Read Next

“Bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”-İlham Əliyev – Millət vəkili “İçərişəhər” Qoruğu İdarəsinin sədri təyin edildi-VİDEDOFORMATDA QƏBUL OLUNDU – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir