“Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”-MÜDAFİƏ NAZİRLİYİ – ERMƏNİLƏR HORADİZİ VƏ TƏRTƏR ŞƏHƏRİNİ ATƏŞƏ TUTUR – YENİLƏNİB

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

“Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”-deyə, sonra qeyd edilib.

09:00

***

Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.

Bu haqda da MN məlumat yayıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.

Etikxeber.az

Read Previous

“Suqovuşan, Talış, Mehdili, digərləri son deyil, son olmayacaq…Zəfər yürüşümüz Şuşa, Laçın, Xocalı, Kəlbəcər və başqa yurd yerlərimiz azad edilənədək davam edəcək…Qələbə bizimdir, bizimlədir və bizim olacaq…Paşinyanlar da, makronlor da yaxşı eşitsinlər!”-ELDƏNİZ SƏLİMOVUN YAZISI

Read Next

“Təşəkkürlərin ən böyüyü Ali Baş Komandanımız cənab İlham Əliyevə düşür….O, tarix yazır, Azərbaycan abidəsi qurur ucaldır…Təşəkkürlərin ən böyüyü Azərbaycan Ordusuna düşür…Zəfərlər dalınca zəfərlər yazan Azərbaycan Ordusuna…”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir