“Düşmənin başına elə yumruq vurduq ki…”-MİLLƏT VƏKİLİ

 Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 18 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb, əhalinin sosial rifahı daha da yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb və dünyada etibarlı tərəfdaş imici qazanıb. Ötən illərdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə qlobal səviyyədə enerji və nəqliyyat layihələri həyata keçirilib ki, bütün bunlar beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib.

Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul edib, ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bütün bunlar isə, haqq işimizdə bizə güclü dəstək verdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova deyib.

“Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait, məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı, Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Belə bir rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi”-deyən millət vəkilinin sözlərinə görə, digər vacib məqam isə qeyd etdiyiniz kimi xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi – bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Cənab Prezidentin dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək.

“Təbii ki, burada  ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyinin xüsusi rolu var. Xatirinizdədirsə, ötən il sentyabrın 27-də müharibə başlayarkən, yaşından asılı olmayaraq on minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi. Döyüşə gedənlərdə yüksək vətənpərvərlik ruhu hökm sürürdü. Məhz bu sarsılmaz birlik qələbəmizin əsas amillərindən biridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur. Müharibənin başa çatmasından  sonra azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qisasçılığa son qoyulmalı, illərcə silahdan yapışmış əllər artıq əməkdaşlığa doğru uzanmalıdır…Regionu bəladan qurtarmağın, onun inkişafının yeganə doğru yolu budur”-RAFAEL HÜSEYNOV AŞPA-DAN SƏSLƏNDİ

Read Next

28 yaşı tamam və Cənnətdəki ilk ad günü olan-ŞƏHİD BİLAL QƏNBƏROV – FOTOSESSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir