“Düşmənlərimiz heyətimizin səlahiyyətlərinin təsdiq olunmamasına ümid etsələr də, arzuları həyata keçmədi…”-SƏMƏD SEYİDOV AŞPA-NIN DAİMİ KOMİTƏSİNİN ONLAYN İCLASINDAN DANIŞDI VƏ … – YENİLƏNİB

Bu gün AŞPA-nın Daimi Komitəsinin iclası pandemiya səbəbindən onlayn keçirildi. Bizim üçün bu iclas Parlamentimizin AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunması baxımından olduqca əhəmiyyətli idi. Düşmənlərimiz heyətimizin səlahiyyətlərinin təsdiq olunmamasına ümid etsələr də, arzuları həyata keçmədi. Daimi Komitə deputatlarımızı yekdilliklə təsdiq etdi.

Bunu Etikxeber.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Bununla yanaşı biz bu dövrdə, çətin müharibə şəraitində Azərbaycanda insan haqları ilə bağlı atılan addımları da diqqətə çatdırdıq. Ən əsası yaşamaq haqqı ilə bağlı danışdıq. Cənab Prezidentin gördüyü işlər barədə – əfv fərmanı, yaşlı insanların azadlığa buraxılması və s. haqqında məlumat verdik”-deyən S. Seyidov bildirib ki, uzun illər siyasətləşdirilmiş və Azərbaycana qarşı istifadə olunan İlqar Məmmədovun və Rəsul Cəfərovun bəraət qazanmaları haqqında məlumatı da AŞPA-ya çatdırıblar.

“Ən əsası, başqaları Parlament fəaliyyətini dayandırdığı halda, bu çətin dövrdə bizim Parlamentin aktiv fəaliyyət göstərməsini və xalqa xidmət etməsini avropalılara bildirdik…”-deyə, o, əlavə edib.

23:12, 30 aprel

***

Məlumat üçün qeyd edək ki, S.Seyidov AŞPA Bürosunda Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvüdür. O, Mədəniyyət, elm, təhsil və media, Siyasi məsələlər və demokratiya komitələrinin və Xarici əlaqələr üzrə alt-komitənin tam üzvüdür.

Nümayəndə heyətinin üzvü Nigar Arpadarai Sosial məsələlər, səhiyyə və davamlı İnkişaf, Bərabərlik və qeyri-diskriminasiya komitələrinin tam üzvüdür.

AŞPA-da Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvü olan Sevinc Fətəliyeva Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin və Avropa Sosial Xartiyası üzrə alt-komitənin tam üzvü, Bərabərlik və qeyri-diskriminasiya komitəsində Nigar Arpadarainin əvəzedicisidir.

Erkin Qədirli AŞPA-da Mədəniyyət, elm, təhsil və media komitəsində Rəfael Hüseynovun, Hüquqi işlər və insan haqları komitəsində Kamal Cəfərovun əvəzedicisidir.

Tural Gəncəliyev Siyasi işlər və demokratiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrin tam üzvüdür.

Sosialistlər, Demokratlar və Yaşıllar siyasi qrupunun üzvü olan Sabir Haciyev Hüquqi işlər və insan haqları komitəsinin tam üzvü, Siyasi işlər və demokratiya komitəsində Tural Gəncəliyevin,  Xarici əlaqələr üzrə alt-komitədə isə Səməd Seyidovun əvəzedicisidir.

Rəfael Hüseynov AŞPA-da Avropa üçün Liberallar və Demokratlar siyasi qrupunun üzvüdür. Millət vəkili Mədəniyyət, elm, təhsil və media komitəsinin, Təhsil, gənclik və idman, Mədəniyyət, müxtəliflik və irs alt-komitələrinin tam üzvüdür.  O, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə Kamal Cəfərovun əvəzləyicisidir.

Kamal Cəfərov Hüquqi işlər və insan haqları, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrin tam üzvüdür.

Pərvin Kərimzadə Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsində Nigar Arpadarainin, Bərabərlik və qeyri-diskriminasiya komitəsində Könül Nurullayevanın əvəzləyicisidir.

Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvü olan Asim Mollazadə Yaxın Şərq və Ərəb Dünyası alt-komitəsinin tam üzvüdür. O, Miqrasiya, qaçqınlar və məcbüri köçkünlər üzrə komitədə Tural Gəncəliyevin, Siyasi işlər və demokratiya komitəsində Səməd Seyidovun əvəzləyicisidir.

Fazil Mustafa Siyasi işlər və insan haqları komitəsində Sabir Hacıyevin, Mədəniyyət, elm, təhsil və media komitəsində Səməd Seyidovun əvəzləyicisidir.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin tam üzvü olan Könül Nurullayeva Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsində Sevinc Fətəliyevanın əvəzləyicisidir.

Etikxeber.az

Read Previous

Karantini pozan 44751 hərəkət iştirakçısı məsuliyyətə-CƏLB OLUNDU

Read Next

MM-in komitə sədri-BÜDCƏ MƏCƏLLƏSİNİN QƏBULUNU TƏKLİF ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir