Düşmənə məxsus növbəti PUA məhv edildi-DÜŞMƏNƏ NÖVBƏTİ ZƏRBƏ VURULDU, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ FÜZULİ YENİDƏN ATƏŞƏ TUTULDU – YENİLƏNİB – (2)

Ermənistana məxsus növbəti PUA məhv edilib.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

09:53

***

Düşmənin qüvvə və vasitələri məhv edilib.

MN-dən bildirilib ki,oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.

10:43

***

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

MN-dən qeyd olunub ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

***

Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur.

Bu barədə də MN məlumat yayıb.

Etikxeber.az

Read Previous

“Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz…Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”-İLHAM ƏLİYEV – YENİLƏNİB

Read Next

“Ermənilər, düşmən dəyişməyib, dəyişməyəcək…Təcavüzkar yerində oturdulmalı, Azərbaycanın haqq səsi eşidilməlidir”-TAHİR RZAYEV GƏNCƏ HADİSƏLƏRİNİ SOYQIRIMI, QƏTLİAM KİMİ QİYMƏTLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir