“Düşmən bunu da bilməlidir ki, onun xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq….Bunu düşmən əslində yaxşı bilir…”-SAHİBƏ QAFAROVA

Biz Milli Məclisin son iclaslarında Azərbaycan Ordusunun qələbə sevincini bölüşürük.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamenti sədri Sahibə Qafarova deyib.

Bildirib ki, Vətən müharibəsində bizim hədəflərimiz bəllidir:

“Bu hədəfləri Prezident İlham Əliyev müəyyən edib: Ərazi bütövlüyümüzün bərpası üçün bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatmaqdadır. İndi də xalqımız əmindir ki, Azərbaycanın haqq işi uğrunda mübarizəsinin qələbə ilə başa çatacağı gün uzaqda deyil. Bunu düşmən də yaxşı bilir. Buna görə də ən çirkin əməllərə əl atır. Düşmən bunu da bilməlidir ki, onun xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq. Bunu düşmən əslində yaxşı bilir”.

Etikxeber.az

Read Previous

Düşmənin atəş nöqtələrinə artilleriya bölmələrimiz-ZƏRBƏLƏR ENDİRİR – MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Read Next

“Bəli, bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir…”-BƏHRUZ MƏHƏRRƏMOV – DEPUTATLAR QARABAĞ MƏSƏLƏSİNDƏN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN DANIŞDILAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir