Düşmən Tərtəri atəş altında saxlamaqdadır-AĞDAM DA ATƏŞƏ MƏRUZ QALMAQDADIR…-YENİLƏNİB

Tərtərdə vəziyyət gərgin olaraq qalır, atəş səsləri sənginmir, düşmən tərəfindən rayonun mərkəzi, Səhləbad, Əskipara və Hüsənli kəndləri aramsız top, artilleriya atəşlərinə məruz qalır.

Etikxeber.az xəbər verir ki, bu barədə bir az öncə canlı yayında AzTV-nin bölgə müxbiri məlumat verib.

Qeyd edilib ki, bütün gecəni atəş səsləri, artilleriya zərbələri səngiməyib.

Rayon mərkəzinə gecə saatlarında 35-ə yaxın, səhər saatlarında isə 90-dan artıq mərmi düşüb, dağıntılar var.

Hazırda da döyüşlər davam etməkdə, düşmənə layiqli cavab verilməkdədir.

07:52

***

Səhər saatlarından Ağdam istiqamətində də vəziyyət gərginləşib.

Düşmən tərəf rayonun kəndlərini ağır atilleriya və top atəşlərinə, zərbələrinə məruz qoymaqdadır.

Etikxeber.az

Read Previous

“Ali Baş Komandan ermənilərin məkrli planını puç edir… İki yüz ildir təşkilatlanan “dənizdən-dənizə” ideologiyasını həyata keçirməyə çalışan ermənilərin xülyalarını sabun köpüyünə çevirir…”-ELNUR ALLAHVERDİYEV

Read Next

“Bizi yolumuzdan heç kim yayındıra bilməz… Torpaqlarımızı son qarışınadək geri qaytarmayana qədər durmaq, dayanmaq yoxdur…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir