Düşmən təxribatı nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər-RƏSMİ – BAŞ PROKURORLUQ NÖVBƏTİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Etikxeber.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb.

Bundan başqa, 142 mülki obyekt və 1054 yaşayış evi yarasız hala düşüb.

12:13

***

“Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən növbəti məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 18 radələrindən başlayaraq Goranboy Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

09.10.2020-ci il tarixdə saat 18 radələrində Goranboy rayonun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

“Ermənistanın 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib…”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN YENƏ GORANBOY, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ MİNGƏÇEVİRİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (2)

Read Next

“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz…Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz…”-PREZİDENT XALQA NÖVBƏTİ MÜRACİƏTİNDƏ HADRUT QƏSƏBƏSİ VƏ BİR NEÇƏ KƏNDİN AZAD OLUNDUĞUNU BİLDİRDİ, NÖVBƏTİ DƏFƏ PAŞİNYAN VƏ ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQLAR ETDİ – YENİLƏNİB – (6) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir