Düşmən yenə “humanitar atəşkəs”i pozur-TƏRTƏR GÜCLÜ ATƏŞ ALTINDADIR…

“Humanitar atəşkəs”ə baxmayaraq, Tərtər şəhəri və Tərtər rayonunun kəndləri gecədən güclü atəş altındadır, düşmən ağır artilleriya silahlarından rayon mərkəzini və kəndləri atəşə tutur.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda AzTV-nin Tərtər üzrə bölgə müxbiri məlumat verib.

Qeyd edilib ki, rayonun Hüsənli, Əskipara, Səhləbad kəndləri, Şıxarx qəsəbəsi və Tərtər şəhəri xüsusilə, səhər saatlarından güclü artilleriya atəşlərinə məruz qalmaqdadır.

Hələlik itkilər, dağıntılar barədə məlumat yoxdur.

Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən düşmənə laqyiqli cavab verilir.

Etikxeber.az

Read Previous

Məktəblər, uşaq bağçaları, metro işləmir…-BU GÜNDƏN

Read Next

Cəbrayılın daha 13 kəndi işğaldan-AZAD EDİLDİ, ALİ BAŞ KOMANDAN MƏLUMAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir