Düşmənin Ağdamı atəşə tutması nəticəsində bir nəfər-YARALANDI…-YENİLƏNİB

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilir ki, Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

***

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə isə 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Etikxeber.az


Read Previous

“Ermənistan bütün limitləri xərcləyib…Onun özü də, hakimiyyəti də məhvə məhkumdur…Biz qalib gələcəyik”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Bu gün tarixin ən şərəfli və şöhrətli günləridir…”-MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir