“Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb”-MN YENİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

Qeyd olunub ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

10:11

***

Polkovnik Vaqif Dərgahlı: “Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir”

“Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir”.

Bunu MN-in rəsmisi Vaqif Dərgahlı deyib.

Qeyd edib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.

Etikxeber.az

Read Previous

Düşmən yenidən Tərtər, Goranboy, Ağdamı və Ağcabədini atəşə tutur-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1)

Read Next

“Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb…Ona görə də həm mahiyyətcə, həm məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır…”-HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir