Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aİ mütəxəssisi Sarvan Hüseyn tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında hazırlanmış “Düşmənə Qarşı Tək” filminin təqdimatı keçirilib.
Etikxeber.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Süni intellekt texnologiyalarının imkanlarından istifadə olunaraq ərsəyə gətirilən film qəhrəmanın şərəfli ömür yolunu, Vətənə sonsuz sevgisini və döyüş meydanında göstərdiyi misilsiz şücaəti əks etdirir.
Təqdimat mərasimində çıxış edən filmin müəllifi Sarvan Hüseyn bildirib ki, Natiq Qasımovun qəhrəmanlıq salnaməsini ekranlaşdırmaq onun ən böyük arzularından biri olub.
Qeyd edib ki, filmdə əks olunan hadisələrin böyük hissəsi real faktlara əsaslanır və məqsəd qəhrəmanın ömür yolunu gələcək nəsillərə çatdırmaqdır.
25 dəqiqəlik ekran əsəri nümayiş olunduqdan sonra tamaşaçılar filmi böyük maraq və həyəcanla izlədiklərini bildiriblər.
Filmin təsirli səhnələri iştirakçıları duyğulandırıb, bir çoxları qəhrəmanın həyat yolunu və keçdiyi şərəfli mübarizəni yenidən yaşadıqlarını qeyd ediblər.
Filmin nümayişindən sonra tamaşaçılar Sarvan Hüseynə yaxınlaşaraq ona səmimi təşəkkürlərini bildiriblər.
Onlar qeyd ediblər ki, “Düşmənə Qarşı Tək” filmi vasitəsilə Natiq Qasımovun qəhrəmanlığı və vətən sevgisi sanki yenidən canlanıb.
Tamaşaçıların sözlərinə görə, ekran əsəri qəhrəmanı canlı kimi yaşadaraq onun şücaətini, iradəsini və Vətənə sədaqətini yüksək sənətkarlıqla təqdim edib.
İştirakçılar belə təsirli və mənalı filmin ərsəyə gəlməsinə görə Sarvan Hüseynə sonsuz minnətdarlıqlarını ifadə edib, qəhrəmanlarımızın xatirəsinin yaşadılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.
Onlar vurğulayıblar ki, bu cür ekran əsərləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, qəhrəmanlarımızın tanıdılmasına və tariximizin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.





Etikxeber.az





