Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanın hazırkı Seçki Məcəlləsinin Avropa Şurası, ATƏT və onların tərkibində olan institutların iştirakı ilə hazırlanıb”.
Etikxeber.Az xəbər verir ki, bunu millət vəkili, prezidentliyə namizəd Zahid Oruc Bərdə seçiciləri ilə görüşündə deyib.
O, deyib ki, müasir demokratik seçki prinsiplərinin əksər tələbi Məcəlləyə daxil edilib.
“Azərbaycan bu məcəllələr ilə neçə ildir ki, seçki keçirir, dünyanın demokratik seçki institutları da bu seçkiləri müşahidə edir. Bəzi nöqsanlar istisna olmaqla, bütövlükdə hazırkı məcəllə ilə və bu komissiyalarla demokratik seçkilərin keçirilməsi artıq ehtimal deyil, reallıqdır.


Düşünmürəm ki, Seçki Məcəlləsinə hər hansı dəyişiklik edəcəyik, yaxud, seçki komissiyalarının tərkibində hər hansı dəyişiklik olacaq. Seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılır, komissiyalarda iqtidar partiyasının, parlamentdə azlıqda qalan partiyaların nümayəndələri, eləcə də siyasətlə məşğul olmayan bitərəflərin nümayəndələri təmsil olunur.
Hesab edirik ki, bunlar Azərbaycanın mövcud şəraitində yaradıla biləcək ən münasib, ən optimal seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə ilə növbəti seçkini keçirəcəyik”-deyə, Z. Oruc sözlərinə əlavə edib.
Etikxeber.az





