“Duydular və yemədilər” – HACIBƏYLİDƏN 23 İYUN DƏYƏRLƏNDİRMƏSİ

Seçicinin siyasətçilərə bağışlamadığı ən böyük qüsur yalan və qeyri-səmimiyyətdir.

31 mart seçimlərində Əkrəm İmamoğlunun kiçik üstünlüklə seçkini qazanmışdı.

Bu kiçik üstünlük, ilk öncə, Türkiyədə AKP hakimiyyətinin yanlışları nəticəsində yaşanan iqtisadi böhranın sonucu idi. İqtisadi böhran CHP namizədinə cüzi üstünlük qazandırdığı halda rəqiblərinin qeyri-səmimiyyəti və şəxsinə qarşı haqsızlığı Əkrəm İmamoğlunun qarşısında daha böyük şanslar açdı.

Türk vətəndaşı seçki günü “Seçki bir səslə də qazanılır” deyən Dövlət Bağçalının az sonra “13 min fərqlə qalıb bilminməz” açıqlamasını rahat həzm edə bilməzdi. Bir zərfin içindəki dörd bülletendən AKP-yə qalibiyyət qazandıran üçünü sayarkən seçki komissiyalarının ədalətli və səbatlı, dördüncünü- İmamoğluna verilən səsləri hesablayarkən səbatsız olduğunu iddia etmək seçicinin ağlını və məntiqini aşağılamaq idi. Seçici həm də eyni “səbatsız” seçki komissiyalarının cumhurbaşqanlıq referendumu və seçkilərində görəvli olduğunu da unutmamışdı.

Əkrəm İmamoğluna qarşı haqsızlıqdan çox, seçiciyə qarşı sayğısızlıq namizədlər arasında 31 martdan daha böyük-artıq 4-5 faizlik fərq yaratmışdı. Ancaq CHP seçkini bundan iki dəfə artıq fərqlə- 9%-lə qazandı. Bu fərqi heç kim gözləmirdi, çünki, seçim öncəsi yapılan bütün rəy sorğularında İmamoğlunun Yıldırım üzərində üstünlüyü 2-5 faizlə ifadə olunurdu. Bəs bu 9 faiz haradan yarandı?!

Bax, bu artıq AKP-nin ikinci böyük səhvinin nəticəsidir. Terroristbaşı Öcalanın qardaşı Osman Öcalanı TRT-yə çıxarıb ondan “kürdlər seçimə getməsinlər” mesajının alınması təkcə yanlış yox, həm də riyakarlıq idi. CHP-ni HDP səsləri ilə seçimi qazanmaqda suçlayanlar, Səlahəddin Dəmirtaşın dəstəyinə görə qınayanlar, İmamoğlunu yunan, erməni adlandıranlar uşaq qatilinindən, baş terrorçunun özündən mədət umdu, millətçi ittifaq ortaqları da bu rüsvayçılığı susqunluqla seyr etdi. Bu qeyri-səmimiyyəti türklər də, kürdlər də duymaya bilməzdi.

imamoglu-XjkO_cover

gultekin-6

Duydular və yemədilər. Nəticədə, AKP Əli aşından da oldu, Vəli aşından da. Rəy sorğularına rəğmən seçimdə ortaya çıxan 9 faizlik fərq məhz bir-neçə gün öncəki bu son gəlişməyə adekvat cavab idi ki, bu təsir daha öncə keçirilən sorğularda əks oluna bilməzdi. Öcalanın çağırışı, daha doğrusu AKP-nin kürd seçməni mövzusundakı qeyri-səmimiyyəti İmamoğluna əlavə 4-5 faiz səs qazandırdı.

Bütün bunlar bir yana, mənə ən böyük zövq yaşadan məqam beynəlxalq medianı izləmək oldu. Foreign Policy-dən tutmuş Spiegel-ə qədər bütün dünya mətbuatı “Türkiyədə demokratiya ölməyib”, “Türkiyədə demokratiya yaşayır” kimi başlıqlar atıblar.

Qürurvericidir!

Gültəkin HACIBƏYLİ,

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

“Demokratiyanı, inkişafı, ədaləti inşa edəcəyik…” – İMAMOĞLU “BEYLİKDÜZÜ”NDƏ ÇIXIŞ EDİR – YENİLƏNİB – (12)

Read Next

“Türkiyənin daxili işlərinə, seçiminə müdaxilə edilməsi yolverilməzdir” -MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir