Düz bir il keçdi Şəhid atası və Şəhid əmisinin Cənnətinə qovuşan Cənnət qoxulu İncinin dünyadan küsməsindən…-KAMİL HƏMZƏOĞLU YAZDI

Düz bir il keçdi…

Düz bir il öncə acılı, dərdli, yaralı Şəhid ailəsinə, Şəhid qardaşların ocağına yenidən atəş düşdü…

İlləri çıxmamış Şəhid qardaşların ailəsi yenidən acı, kədər, dərd yaşadı…

Acı üzərinə acı, kədər üzərinə kədər, dərd üstünə dərd əlavə olundu…

Sanki dərdləri, acıları, kədərləri, itkiləri azmış kimi…

Dərd, kədər, acı…bir ocağı, bir qapını tanımasın…Tanıdı, mütləq davamı gəlir…

Bəli, düz bir il öncə Şəhid Musa və Tural Həsənovların ailəsində yenidən yas yaşandı…

Yenidən yasa büründülər, kədərə qərq oldular…

Şəhid qardaşlardan Musanın iki qız övladından biri, anadangəlmə fiziki qüsurlu dünyaya gələn balaca İnci fani dünyaya, Onu atasız, əmisiz qoyan amansız, acımasız həyata gözlərini birdəfəlik yumdu…

Bu dünyadan küsdü getdi, bu dünyadan küskün getdi balaca qızcığaz, Şəhid balası…

İnci nə danışa, nə eşidə, nə də hərəkət edə bilirdi…

Və nə atasının səsini eşidə bildi, nə də atası balasını doyunca öpüb-əzizləyə bildi…

İnci 2020-ci ilin martın 6-da dünyaya gəlmişdi…

Atası və əmisi İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə yollananda cəmi 6 ay yarımlıq idi…

Atası və əmisi İkinci Vətən Müharibəsində Şəhid olandan sonra isə cəmi 8-9 ay yaşadı…

Və ata üzünə, ata nəfəsinə həsrət qalan balaca İnci düz bir yaş iki ay 20 gününün tamamında, 2021-ci ilin mayın 26-da dünyasını dəyişdi…

Atasının və əmisinin Cənnətinə qovuşdu Cənnət qoxulu balaca İnci…

İndi üçü də Cənnətdə, bir yerdədirlər…

Üçü də bir-birinə qovuşublar Cənnətlərində…

Bu gün İncinin il mərasimi idi…

Sadəcə, ailə üzvləri, yaxınları, qonşuları var idi mərasimdə…

Mərasimdə həm İncinin, həm də Şəhid atası və Şəhid əmisinin ruhuna dualar edildi…

Ailəsinə, Şəhidlər ailəsinə başsağlığı verildi, Allahdan səbr və dözüm arzulandı…

Məkanı, məkanları cənnətlik olsun hər üçünün!

Nur içində uyusun, Nur içində uyusunlar hər üçü!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadəyə-NƏZARƏT SƏRTLƏŞDİRİLİR – NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Read Next

5 min nəfərə “Müharibə veteranı” adı verilməsi barədə qərar qəbul olunacaq-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir