“Düz ünvan seçməyiblər…” – ADİL ƏLİYEVDƏN ETİRAZ

“19 dekabr 2017-ci il tarixində virtualaz saytında Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adımın hallanmasına təəssüf edirəm. Məqalədə adamın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfənfiyyatdır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev deyib.

ilham-adil

O, qeyd edib ki,  burada obyektivlik pozulub.

“Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, məndə yazının sifariş olduğu şübhəsi qalmır.

Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki,mediaya açıq insanam.

Əgər,sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa,indidən deyim ki,düz ünvan seçməyiblər.

Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edildi

Read Next

Prezident Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir