“Düzgün basmamısınız, texnika səhv işləyə bilməz” – SPİKERDƏN DEPUTATA İRAD

Mərkəzi Bankla bağlı məsələ çox ciddidir.

Etikxeber.az-ın məlumatına görə, bunu parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bildirib.

qudrat-oxu

“Layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanının icazəsi ilə Mərkəzi Bankda növbədənkənar audit apara bilər. Hesablama Palatasın belə məhdudiyyət qoyulmamalıdır”-deyən Q.Həsənquliyev bildirib ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama apara bilməlidir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Zyiad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q.Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirib:

“Hazırkı qanun layihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir”.

Qeyd edək ki, Q.Həsənquliyev çıxışında qanunun müzakirəsi zamanı düyməni bassa da, vaxtında səsverməyə yazıla bilməməsindən şikayətlənib.

Spiker Oqtay Əsədov da öz növbəsində  millət vəkilinə düyməni yaxşı basmağı məsləhət görüb: “Düyməni düzgün basmamısınız, texnika səhv işləyə bilməz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputat “feodal qaydaları”nın hökm sürməsindən danışdı…

Read Next

Hesabalama Palatasına yeni səlahiyyət verilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir