DYP-dən “Qarabağ”-Braqa” oyununa görə azarkeşlərə-MÜRACİƏT

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında bu gün keçiriləcək oyunu izləməyə gələn azarkeşlərə müraciət edib.

İdarədən Etikxeber.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

“Bu gün doğma komandamız “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.

Etikxeber.az

Read Previous

“Makronun Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”-XİN

Read Next

“Ümid edirik ki, Ermənistan Azərbaycan ərazilərinə olan iddiasından əl çəkəcək”-SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir