DYP-dən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə-MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Etikxeber.az-a verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

“Küləkli hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə,  avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik” – deyə, sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz-PƏRVİZ TAĞIYEV MİNGƏÇEVİR ŞƏHİDLƏR XİYABANINDA DƏFN OLUNDU – YENİLƏNİB – (2)

Read Next

“Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq”-İRAKLİ QARİBAŞVİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir