Ehtiram Kərimov, Elminaz Qəhrəmanova, Rahim İbrahimov, Yunis Həmidov, Surə Mustafayeva, Məhəbbət Kazımova və ya “Rənglərin möcüzəsi”- GÖYÇAY GƏNCLƏR EVİNDƏ GÖYÇAYLI İSTEDADLI VƏ GƏNC RƏSSAMLARIN SƏRGİSİ TƏŞKİL OLUNUB… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-26 may 2023-cü il tarixində Göyçay rayonunda gözəl bir gün yaşanıb-yaşanmaqdadır.

Göyçay rayonundan olan gənc və istedadlı rəssamların birgə sərgisi təşkil olunub.

Göycay rayon Gənclər evində açılan sərgi “Rənglərin möcüzəsi” adlanır.

Sərgi sabah axşama qədər davam edəcək.

Sərgidə hazırda Bakı şəhərində yaşayan Elminaz Qəhrəmanovanın, o cümlədən, Ehtiram Kərimovun, Yunis Həmidovun, Rahim İbrahimovun, Surə Mustafayevanın və Məhəbbət Kazımovanın bir-birindən gözəl və göz oxşayan rəsm əsərləri nümayiş etdirilir.

Yüzlərlə insanın-Göyçaylının – gənc rəssamların və onların yaxınlarının, Gənclər Evinin əməkdaşlarının, müəllim və şagirdlərin, yerli sənət adamlarının, ziyalıların qatıldığı sərginin açılış mərasimi saat 11:30-da baş tutub.

Etikxeber.az xəbər verir ki, açılış mərasimində sərgisi təşkil olunan gənc rəssamlar, həmçinin, Göyçaylı rəssamların yetişməsində, rəssamlıq sənətinə həvəsləndirilməsində böyük zəhmətləri olan Ehtiram Kərimov və digər şəxslər qısa çıxışlar ediblər.

Sərgisi təşkil olunan rəssamlar belə bir sərgiyə-tədbirə görə onun təşkilatçılarına, təşəbbüskarlarına, Gənclər Evinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin, sərgi iştirakçısı olan hər bir kəsə gözəl gün, gözəl anlar yaşadacaqlarına inandıqlarını ifadə ediblər.

Çıxışlardan sonra sərginin qırmızı lenti kəsilib.

Sərgi iştirakçıları yerli gənc və istedadlı rəssamların yaratdıqları, ərsəyə gətirdikləri rəsm əsərlərini böyük maraqla və heyrətlə izləyiblər.

Sərgisi təşkil olanan rəssamlarla xatirə fotoları çəkdirib, onlarla həmsöhbət olublar.

Eyni zamanda, Göyçaylı tanınmış tarzən Rövşən Zamanovun tarda bir-birindən gözəl ifaları sərgiyə xüsusi ahəng, ab-hava, rəng qatıb.

Onun ifaları alqışlarla qarşılanıb.

Sərgi hazırda da davam edir.

15:50

***

FOTOLAR:

16:26

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır…”-PUTİN – FOTO – YENİLƏNİB

Read Next

“Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik”-ZELENSKİ ƏLİYEVİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir