Ehtiyac meyarının həddi 200 manata qaldırılır, yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir-AZƏRBAYCANDA

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Eyni zamanda, 2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

16 noyabr Şəhidlərinin xatirəsi parlamentdə-BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLDİ

Read Next

Daha 2025 yeni yoluxma-DAHA 22 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir