Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakılı, Səbailli İkinci Vətən Müharibəsi Şəhidi Əli Aydın oğlu Tağıyevin doğum günüdür.
Əli Tağıyevin bu gün-7 avqust 2026-cı il tarixində 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən İmişlidən olan Əli Tağıyev 1997-ci ilin 7 avqust tarixində dünyaya gəlib.
Əligil Bakıda, Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayıblar…
Ailədə 3 övlad, 3 qardaş olublar…
O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından biri idi…
Hər iki qardaşı hazırda subaydır.
Şəkər xəstəliyindən əziyyət çəkən atası Aydın Tağıyev ötən il dünyasını dəyişib.
Əli 2003-cü ildə Bakı şəhərinin Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib…
2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib…
Elə həmin il Bakı Peşə Liseyinə daxil olub…
2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib…
2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb…
2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb…
Əsgərliyini başa vurduqdan sonra-2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib…
İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb…
Müharibə zamanı Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, Vətən yolunda qəhrəmancasına Şəhid olub…

Nəşi oktyabrınn 13-də Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
Əli həm də nişanlı olub…
Şəhid olmasaydı, 2020-ci ilin payızında toyu olacaqdı…
***
Bu gün həm də Samuxlu, Əhmədbəylili Elməddin Cəsur oğlu Mürsəlzadənin doğum Günüdür.
Evin-ailənin iki övladından biri, tək və subay oğul Elməddin Mürsəlzadə 2000-ci ilin 7 avqust tarixində dünyaya göz açıb.
İkinci Vətən Müharibəsi zamanı oktyabr ayında Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Əhmədbəyli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Elməddin həm də subay olub.


Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





