“Elə bilirdilər ağ günə çıxacaqlar: Yanılmışdılar – növbəti dəfə…Bu xainlərin tarixi belə anlarla doludur…”-SABİQ DEPUTAT YAZIR

SSRİ dönəmində Ermənistan Sovetlər Birliyini təşkil edən 15 müttəfiq respublikalar içərisində yüksək həyat səviyyəsi ilə seçilirdi.

Ümumittifaq fonduna bir qara qəpik ödəməyən ermənilər “şərikli qazandan”ən çox pay alanlar sırasındaydılar.

Neft -qazla bol olan Rusiya Federasiyasının, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın bölgələrinin çoxu qazlaşdırılmadığı halda, Ermənistanın ucqar dağ kəndlərinə də mavi yanacağı nəql edən kəmərlər çəkilmişdi.

Hər kəs yaxşı başa düşür ki, bu, hər hansı bir hünərin bəhrəsi deyildi. Ermənilərin tarix boyu sərgilədiyi qorxunc və hiyləgər fəaliyyətin nəticəsi idi. Onun -bunun qapısında tula kimi quyruq bulayan ermənilər, elə xəyal edirdilər ki, rusların hesabına bizim tarixi torpaqlarımızda yaratdıqları dövlətdə həyat həmişə belə firavan olacaq.

Sosializm çökər-çökməz ağalarının əmrilə və verdikləri silah, dəstək hesabına əliyalın, müdafiəsiz xalqımızın üstünə gəldilər. Torpaqlarımızın bir qismini işğal etdilər. Elə bilirdilər ağ günə çıxacaqlar. Yanılmışdılar – növbəti dəfə. Bu xainlərin tarixi belə anlarla doludur.

Azərbaycan və Türkiyənin sərt blokadası erməniləri ac qoyub. Müsəlman İranın nəfəsliyi olmasa, qırılarlar. Moskva çörək vermir, top -tüfəng, mərmi verir. Bəlkə çörək də verər, amma özü yaman gündədir…

Tovuz döyüşlərindəki böyük itkiləri və koronavirus işğalçı dövləti lap əldən salıb. Sadə ermənilər sosial şəbəkələrdə, mətbuatda, küçələrdə qan ağlaylrlar. Başını götürüb ölkələrindən qaçanların sayı durmadan artır.

Gənclər ordudan yayınır, əsgər çatışmır. Qızları da hərbi xidmətə alırlar. Son illərdə Azərbaycana əsir düşən düşmən ordusunun hərbiçiləri evlərinə heç qayıtmaq istəmirlər.

Bugünlərdə Goranboyda təmas xəttini keçib təxribat məqsədilə ərazilərimizə girərkən, sayıq əsgərlərimiz tərəfindən ələ keçirilən diversiya qrupunun rəhbəri yalvarır ki, qalıb Azərbaycana xidmət etsin.

“Facebook” istifadəçilərindən biri – İrəvanlı I.Akopyan dünənki paylaşımında yazır:” Cəhənnəm görmək istəyən Ermənistana gəlsin.”

Gerçəkdən, işğalçı ölkədə vəziyyət çox acınacaqlıdır. Ruh düşkünlüyü, psixi sapmalar erməni cəmiyyətini ağuşuna alıb. Alkoqola bağlılıq adi bir hala çevrilib. Özü də nə gəldi içirlər.

Əldəqayırma “samaqon”-dan tutmuş, koronavirusla mübarizə üçün bu ölkəyə humanitar yardım kimi göndərilmiş spirti başlarına çəkirlər. TASS informasiya agentliyinin məlumatına görə, yalnız son beş gündə Ermənistanda 46 nəfər içkidən zəhərlənib, onların 17 nəfəri isə artıq ölmüşdür.

Bir müddət bundan əvvəl Ermənistanda baş verən dəhşətli bir hadisə ermənilərin hansı sosial, iqtisadi və psixoloji durumda olduğunu bütün dünyaya göstərdi. Stəkandakı arağı təsadüfən toxunub dağıtdığına görə atası üç yaşlı qızını vurub öldürmüşdü.

Bir sözlə, ermənilər üçün həyat çox ağır bir yüklə gedilən yoldur.

Sözsüz ki, bu yolun sonu uçurumdur!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az


Read Previous

Naqif Həmzəyevdən sonra daha bir deputat Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün-LƏĞV OLUNMASINI TƏKLİF ETDİ

Read Next

Sahibə Qafarova ilk rəsmi səfərinə Türkiyədən başlayır-ƏRDOĞANLA, ŞENTOPLA GÖRÜŞƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir