Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Unutmaq lazım deyil ki, Azərbaycanda müharibə şəraiti davam edir. Hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazırdır. Amma onlar əmin olmalıdır ki, ailələri evlə təmin olunacaq. Biz bunu düşünməliyik”.
Etikxeber.az məlumat verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələrində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqlayıb, lakin neçə əlil və şəhid ailəsinin ev növbəsində olduğu məlum deyi. O əlavə edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır: “Qəzalı binalarda yaşayan insanların həyatı risk altındadır. Allah insana nə qədər ömür verib ki? Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, orada kişi və qadın eyni tualet üçün növbədə dayanır”.
O, Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib:
“Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq yaxın gələcəkdə Avropada benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.
Deputat həmçinin, dövlət televiziyasına və İctimai Televizayaya verilən reklamların özəl televizayalara da verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını təklif edib.
O, Alternativ və Bərpa Olunan Enerji Agentliyinin ləğv edilərək,Energetika Naziriliyinə birləşdirilməsi təklifini də irəli sürüb.
KAMİL
Etikxeber.az