Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür,xalqımızın bu gündən gözləntiləri var.
Etikxeber.az xəbər verir ki, bunu prezidentliyə namizəd Zahid Oruc səsvermə hüququnu reallaşdırandan sonra medaiaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk növbədə vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti əsas məsələ olmalıdır:






“Bizim seçki komandamız da seçki məntəqələri üzrə paylaşıb, müşahidələrini qeyd edir. Hesab edirəm ki, 11 aprel 2018-ci il tarixi Azərbaycanın həyatında önəmli gündür. Millətimizin bu gündən gözləntiləri var. Vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti…Seçkilərin yekunlarından çıxan nəticə bu olmalıdır. Çünki insanların gözləntiləri var. Azərbaycan dövləti ötən illər ərzində böyük yol keçib. Hamımızın imkanı var ki, bu dövrü düzgün dəyərləndirək. Elə bir yekun olsun ki, heç kəs özünü çıxdaş edilmiş saymasın. Bu nöqteyi-nəzərdən yanaşsaq, bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi təmin etsin, dövlətimizin həyatında davam edən inkişafın davamlılığını təmin etsin, siyasi qüvvələr arasında olan düşmənçilik, eləcə də qarşılıqlı ittihamlar aradan qalxsın. Eyni zamanda, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin. Əminəm ki, belə də olacaq və bunun üçün əsaslarımız var”.
Etikxeber.az





