“Elə edək ki, Azərbaycandan xəstələr daha xaricə getməsin” – Deputatdan xahiş

“Bu gün ölkədən xaricə gedən ən böyük valyuta hissəsinin kanallarından biri də səhiyyə sahəsidir. Bütün ölkələrdə təhsillə səhiyyə arasında 2 qat qiymət fərqi möcvuddur. Amma bizdə isə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya var”. 
Etikxeber.az xəbər verir ki, bunu millət vəkli Rəşad Mahmudov parlamentin  Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib. 
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pul üçün xarici yatırımların miqdarı hər il artır: 
“Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə edək ki, Azərbaycandan xəstələr xaricə çox da getməsin və kapital da ölkədən çıxmasın”.
R. Mahmudov səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif edib:
“ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-ni 18 faizdən 8-ə endirilməsi əslində xəstələrdən gələn gəlirləri və büdcə daxilolmalarını artıracaq .Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.
Etikxeber.az
 

Read Previous

Nazir: Hesablama Palatasının təklifinə hökumətdə baxılmır – QARŞIDURMA

Read Next

Nazir MilIi Məclisdə etiraf etdi ki…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir