Elə olub ki, nazirlə bir saat telefonda danışmışam – KOMİTƏ SƏDRİ

Yaxın 2-3 gün ərzində qanun layihəsi ilə bağlı yenidən toplaşacağıq.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Milli Məclisin  (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsinin sonunda adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.

isa-habib

O, qeyd edib ki, qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı yenidən Təhsil Nazirliyinin mütəxəssisləri ilə bir araya gəlinəcək:

“Mən özüm bu barədə xəbər edəcəm və ondan sonra bir araya gələcəyik. Hesab edirəm ki, bu sənəd təhsillə bağlı yüksək-ali dövlət sənədidir və burada emosiyalara yol vermək olmaz. Hər bir məsələ soyuqqanlılıqla ölçülüb-biçilməlidir. Mən eyni zamanda, qanun layihəsinin hazırlanmasına böyük diqqət ayırdığı üçün nazir Ceyhun Bayramova öz minnətdarlığını bildirirəm. Biz onunla dəfələrlə bu məsələni müzakirə etmişik. Elə olub ki, bununla bağlı bir saat telefonda danışmışıq. Bir dəfə hətta, gecə vaxtı nazirə zəng vurmuşdum, xeyli müzakirə aparmışdıq. Ona görə hesab edirəm ki, bu, çox vacib qanundur və Azərbaycan təhsilinin inkişafında çox böyük rol oynayacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Təhsil müəssisələri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər?!

Read Next

Prezident Türkiyə, İran və ABŞ rəsmilərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir